LANDŞAFT İNDİQATORLARI

indiqasiya obyektləri ilə bağlı landşaftın komponentləri və elementləri. Aerokosmik şəkillərin deşifrlənməsində (relyef, bitki örtüyü, insan fəaliyyətinin izləri, erozion-hidroqrafik şəbəkə və subasmış sahələr, qar, buz və s.). L.i. böyük əhəmiyyət kəsb edir.
LANDŞAFT EKOLOGİYASI
LANDŞAFTIN ÇİRKLƏNMƏSİ
OBASTAN VİKİ
Landşaft
Landşaft (alm. Landschaft‎) – bütün əsas komponentləri (litosferin üst horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleks. == Lantşaftın növləri == Ekologiyada landşaft təbiətdən səmərəli istifadə məqsədini əhatə edir. Landşaftlar mənşəyinə görə iki əsas tipə ayrılır – təbii və antropogen. == Təbii landşaftlar == Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakılar təbii landşafta aid edilir: Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara malik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası xasdır. Elementar landşaft (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə ayrılır. Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. == Antropogen landşaftların tarixi və genetik xüsusiyyətləri == Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Coğrafi landşaft
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Landşaft rejimi
Landşaft rejimi (en. landscape mode) – kağız vərəqinin elə yönümüdür ki, mətn və ya görüntü vərəqin uzun tərəfi boyunca çap olunur, yəni görüntünün və ya səhifənin eni hündürlükdən çox olur. Landşaft monitor (en. landscape monitor) – eni hündürlüyündən böyük olan monitor. Landşaft monitorların eni, televiziya ekranında olduğu kimi, hüdürlüyündən təxminən 33% böyük olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Landşaft sferası
Landşaft sferası (rus. ландшафтная сфера; ing. landscape sphere) coğrafi təbəqənin sinonimi; coğrafi örtüyün bir hissəsi — litosfer, atmosfer və hidrosferin qarşılıqlı təsir zonası; cəmiyyət də daxil olmaqla təbii və antropogen landşaft.
Landşaft təbəqəsi
Mədəni landşaft
Mədəni landşaft- insan fəaliyyəti sayəsində müəyyən bir ehtiyacı ödəmək üçün yaradılmış landşaft. İnsanın təsərrüfat fəaliyyətinin təsirini görməmiş təbii landşaftdan fərqli olaraq Mədəni landşaft daima insanın təsiri və nəzarəti altında olur. Səhra içərisində vahə, çöl zonasında zəmi, bağ, üzümlük, tropik meşələr arasında çay kolu, banan plantasiyaları, qırılmış meşə yerində örüş və tarla, quraqlıq yerdə süni salınmış meşə və s. mədəni landşafta aiddir. Landşaft planlaşdırması adətən digər planlaşdırma vasitələrindən əvvəl və yaxud onlarla kompleks istifadə olunur və aşağıdakı şəkildə təbii ehtiyatların mühafizəsi və onlardan davamlı istifadəyə kömək edir: -Müxtəlif məqsədlər üçün torpaqdan istifadənin daha effektiv olmasına və bu sahədə məlumatlandırmaya təminat verir, məsələn, tikililər, yerquruluşu, meşə massivləri və biomüxtəliflik üçün; -Torpaqdan istifadədə müxtəlif təşkilat və siyasətçilərin müxtəlif səviyyələrdə qərarlarını birləşdirir; -Əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı) plan üçün sənədlər hazırlanır; -Təbii resurs və komplekləslərin istifadəsində konkurent varintlar olduqda, xüsusən bazar iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir; -İnvestorlara layihələrə qoyulan tələbləri nəzərə almağa və onların reallaşdırılmasının məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir; -Planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ prosesdir və cəmiiyətin demokratlaşmasına, onun sosial-iqtisadi stabilliyinə və davamlı inkişafına yardımçı olur.
Texnogen landşaft
Texnogen landşaft — müasir güclü texnikadan istifadə etməklə strukturası və forması insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen landşaftın müxtəlif növləridir. İnsanın təsiri birbaşa (torpağın, bitkinin, yerin üst qatının, sənaye, məişət, tikinti, neft tullantıları ilə yerin səthin tutulması, su ilə basdırılması) və dolayı yolla (suyun, torpağın, atmosferin sənaye tullantıları ilə çirklənməsi və dəyişməsi) ola bilər.
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Yarımsəhra landşaft kompleksi
Yarımsəhra landşaft kompleksi- Yarımsəhralar Abşeron yarımadasının böyük bir hissəsinin (90%) əhatə edir. Bu da iqlimin quraq olması, relyefin alçaq olması və süxurların litoloji tərkibi ilə əlaqədardır. Onun arealı Xəzər dənizi ilə 500–600 m. Mütləq hündürlüklər arasındaki ərazini əhatə edir. Yarımadanın qərb və mərkəz hissələrinin relyefi sinklinal dərə və çökəkliklərlə ayrılmış qabarıq antiklinal silsilələr, tirələr və yüksəkliklərlə xarakterizə olunur. Bu ərazilərdə Neogen və Dördüncü dövrün karbonatlı – terrigen çöküntüləri yayılmışdır. Burada həm də palçıq vulkanları çox inkişaf etmişdir. Yarımadanın şərq hissəsi əsasən düzənlik olub, orta-yuxarı-Dördüncü dövr və müasir çöküntülərlə örtülmüşdür. Nisbətən hündür relyef yarımadanın şimal-qərb hissəsində rast gəlinir (Qoyundağ – 333 m, Qaraheybət – 272 m), şərqə doğru isə relyef alçalır (Məqribi R. A., 1997). Yarımsəhra iqliminin məhsulu olan şoranlıqlar və duzlu göllər (Mirzaladi, Böyük Şor, Saray, Pirşağagöl və s.) yarımadanın landşaftları üçün xarakterik olub geniş yayılmışdır.
Landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi
Quru-çöl landşaft kompleksi
Quru-çöl landşaft kompleksi — Yarımsəhra landşaftları ilə tipik çöllər arasında keçid təşkil edən bu landşaft tipi Abşeron yarımadasında kiçik sahələrlə parçalanmış areallarla yayılmışdır. Ərazinin relyefi platoşəkilli yüksəkliklər və təpəli-tirəli düzənliklərlə təmsil olunur. Süxurlar məhsuldar qatın Abşeron gilləri, əhəngdaşları və qum-gillərdən ibarətdir. Hündürlük 50–145 m arasında dəyişir. Qabarıq və bəzi hissələrdə pilləvari quruluşa malik Güzdək platosunun hündürlüyü 160–200 m-ə çatır. Burada il ərzində günəşli saatların miqdarı 2200–2400 saata qədərdir. Yanvarın orta temperaturu 2,5–3,00C, iyulun orta temperaturu 24–250C arasında dəyişir. Mütləq maksimum temperatur 40–410C, mütləq minimal temperatur isə −14–150C — dir. Ərazidə şimal və cənub küləkləri üstünlük təşkil edir. Ən sürətli küləklər (orta sürət 6–8 m/san) şimal və şimal-qərb istiqamətlərindən əsir.
Zilim (landşaft təbiət parkı)
Zilim landşaft təbiət parkı — yerli əhəmiyyətli qorunan təbiət abidəsi. Təbiət parkı 2005-ci ildə resursların bərpası, turizmin inkişafı və mövcud bioloji növlərin qorunması məqsədilə təşkil olunmuşdur. Park Başqırdıstanın xüsusən qorunan təbiət ərazisi statusuna malikdir. Park ərazisində unikal təbiət kompleksi, nadir yayılmış bitki və heyvan növlərinə rast gəlmək olar. Başqırdıstan Respublikası Qafuri rayonu ərazisində, Zilim çayı hövzəsində yerləşir. Park 38,1 min ha ərazini əhatə edir. Park alçaq dağlıq əraziləri əhatə edir ki, burada da 68 mağara mövcuddur. Onlardan Oktyabrskaya və Kinderle mağaraları daha çox seçilir. Park ərazisinin 90 % meşə ilə örtülmüşdür. Əsasən qarışıq və enliyarpaqlı meşələr üstünlük təşkil edir.
Balakən-Katex ekogeokimyəvi landşaft rayonu
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu
İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonu
Şəki-Oğuz ekogeokimyəvi landşaft rayonu
Şəki Oğuz ekogeokimyəvi landşaft rayonu-Ekogeokimyəvi rayonun mərkəzi hissəsində sulfatlı-natriumli duzlar,şimal-qərb və cənub-şərq hissələrində isə, sulfatlı-natriumlu-kalsiumlu və sulfatlı-natriumlu-maqneziumlu duz birləşmələri üstünlük təşkil edir. Rayonda geokimyəvi cəhətdən ekoloji gərginliyə səbəb olan əsas amillər buradakı landşaftlardan(xüsusən torpaqda və səth sularında)kobalt, ftor və yod kimi sağlam həyat üçün zəruri olan kimyəvi elementlərin çatışmaması, mərgümüş,civə,qurğuşun,molibden,bor kimi konserogen xarakterli mikroelementlərin çox olmasıdır. Şəki sahəsindəki torpaqların tərkibində sulfatlı-natriumlu-hidrokarbonatlı, Oğuz ərazisindəki torpaqların tərkibində isə sulfatlı-natriumlu-kalsiumlu birləşmələr üstünlük təşkil edir.Humusun miqdarı Şəki ərazisindəki torpaqların tərkibində 1,38–4,76%, Oğuzdakı torpaqların tərkibində 2,59–4,76%-dir. Şəki ərazisindən götürülmüş torpaqların tərkibində civə, molibden,gümüş və sirkonium müşahidə edilməmiş,mis,sink, nikel və kobaltın təxminən ümumdünya klarkı səviyyəsində,vanadium, mərgümüş və xromun klarka nisbətən çox olduğu müəyyənləşdirilmişdir. Oğuz şəhəri sahəsində torpağın tərkibində mis, sink, qurğuşun, civə, bor, vanadium və mərgümüşün çox, stronsium, kobalt və sirkoniumun az olması nəzərə çarpır. Haqqında danışdığımız şəhərlərdəki təbii suların da mühiti zəif qələvidir. Həm Kişçayda, həm də Türyançayda pH 7,5-lə 7,8 arasında dəyişir. Hidrokimyəvi analizlərin nəticələrinə görə Kişçayının(Şəki) suları natriumlu-hidrokarbonatlı-kalsiumlu, Türyançayın(Oğuz) suları isə sulfatlı-natriumlu-kalsiumludur. Bu çay sularının tərkibində mikroelementlərin miqdarının son dərəcə azlığı,mis,sink,qurğuşun,stronsium, molibden, vanadium,nikel,manqan, gümüş,qalay və sirkonium kimi mikroelementlərin mövcud olması aşkar edilmişdir. Böyük Qafqazın cənub yamacındakı suların minerallaşma dərəcəsinin aşağı olduğu yerlərdə ftor çatışmazlığı da müşahidə edilir və belə ərazilərdə yayılan diş kariyesi xəstəliyi də bununla əlaqələndirilir.